yoxsulluq problemİnİn bİznes vasİtƏsİlƏ hƏllİ · growing inclusive markets businessworks...

16
Growing Inclusive Markets Business Works for Development Development Works for Business YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ: – İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır? United Nations Development Programme QıSA XüLASƏ

Upload: vokien

Post on 27-Feb-2019

222 views

Category:

Documents


0 download

TRANSCRIPT

Growing Inclusive MarketsBusiness Works for Development •Development Works for Business United Nations Development Programme

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ:– İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır?

Growing Inclusive MarketsBusiness Works for Development •Development Works for Business United Nations Development Programme

QıSA XüLASƏ

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ - İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır2

Bu hesabat Yoxsulluqla Mübarizə, Bratislava Regional Mərkəzi, BMTİP-nin Avropa və MDB üzrə Regional Bürosu və Genişlənən İnkluziv Bazarlar (GİB) komandası, Özəl Sektor Bölməsi, BMTİP Tərəfdaşlıq Bürosunun birgə əməkdaşlığı nəticəsində işlənib hazırlanmışdır. Tərəfdaşlıq Bürosunun maliyyə dəstəyi, regional GİB İşçi qrupunun üzvlərinin, nümunələri hazırlayanların və hesabatın hazırlanması ilə məşğul olan komandanın, o cümlədən: Kristina Qradl, Cens Trummer, İva Kleynova, Paskal Bonzom, Bricitt Duerr, Subatirai Sivakumaran, Austin Qasnier, Boleslav Rok və Gül Berna Özcanın yardımı olmadan bu hesabatın ərsəyə gəlməsi mümkün olmazdı.

Noyabr, 2010-cu il

Bu hesabataın gəldiyi nəticələr, verilən şərh və izahatlar müəlliflərə aiddir və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, onunla bağlı təşkilatlar, onun İdarə Heyətinin üzvləri, yaxud İcraiçı Direktorları və ya onların təmsil etdiyi ölkələrlə əlaqələndirilməməlidir. Bundan əlavə, hesabatda əks etdirilən fikirlər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının qərarları və ya siyasətinə uyğun gəlməyə, göstərilən ticarət adları və komersiya prosesləri təsdiq olunmaya bilər. Genişlənən İnkluziv Bazarlar haqqında daha ətraflı məlumatı əldə etmək və tam hesabatı yükləmək üçün lütfən bu istinada müraciət edin:www.growinginclusivemarkets.org

Copyright © 2010

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı BMTİP-nin Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosu

Bütün hüquqlar qorunur. BMTİP-nin icazəsi olmadan bu sənədin heç bir hissəsi elektron, mexaniki, fotosurət və digər for-mada istifadə edilə, axtarış sistemində saxlanıla və köçürülə bilinməz.

Dizayn: PhoenixDesignAid (Danimarka)

BMT-nin Minilliyin İnkişaf Məqsədləri

Məqsəd 1: İfrat yoxsulluğu və aclığı aradan qaldırmaqMəqəd 2: Ümumi ibtidai təhsilə nail olmaqMəqsəd 3: Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət verməkMəqsəd 4: Uşaq ölümünü azaltmaqMəqsəd 5:Ana sağlamlığını yaxşılaşdırmaqMəqsəd 6: HİV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaqMəqsəd 7:Ekoloji davamlılığa nail olmaqMəqsəd 8: İnkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək

1

5

2 3 4

6 7 8

3

MüQƏDDİMƏKori Udovički

Administrator köməkçisi və Regional DirektorBMTİP-nin Avropa və MDB ölkələri üzrə Regional Bürosu

İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyadakı (AMA) keçmiş sosialist ölkələr dramatik siyasi və iqtisadi keçid mərhələsini yaşamışdır ki, bu da nəticədə əhalinin böyük hissəsinin gələcəyini yüksək səviyyəyə qaldırmış, lakin çoxunu dərin yoxsulluğa düçar etmişdir. Artım yoxsulluğun aradan qaldırılmasına gətirib çıxarmamışdır, alıcılıq qabiliyyəti pariteti ilə ölçülən 130 milyon nəfər insan hələ də gündə 4,3 ABŞ dollarından aşağı gəlirlə yaşayır. Regiodakı digər ölkələrin həmin keçid tarixini paylaşmayan Türkiyə yoxsul əhalinin sayına görə regionda ikinci yeri tutur.

İnkişaf düzgün siyasət vasitəsilə daha məzmunlu edilə bilər, acaq biznes də vacib rol oynamalıdır. İndi daha çox sübut vardır ki, tələbat baxımından yoxsulları müştəri və istehlakçı kimi və/və ya təklif baxımından istehsalçı, işçi və sahibkar kimi cəlb edən müəssisələr yoxsullar üçün dəyər yaratmaqla yanaşı, qısamüddətli gəlir anlayışından kənara çıxan gəlirləri əldə edə bilər. Məsələn, BMTİP-nin 2008-ci ildə nəşr olunmuş “Hamı üçün dəyərin yaradılması: yoxsullarla biznes qurulması üzrə strategiyalar” adlı hesabatında biznes gəlirinin əldə edilməsi sahəsində eyni vaxtda həyata keçirilən 50 uğurlu nümunə işıqlandırılmışdır. Burada, həmçinin, inkişaf etməkdə olan və yeni yaranan ölkələrdə qarşıya çıxan problemlərin həlli üzrə əsas strategiyalar təqdim olunur.

Daha doğrusu, bu təcrübələrdən çoxunun əsası AMA regionundan kənarda fəaliyyət göstərən müəssisələrdən götürülmüşdür. Bu günədək həmin regiondakı inkluziv müəssisələr və biznes modellərinə dair çox az material nəşr olunmuşdur ki, bunlar da inkişaf və yoxsulluğun aradan qaldırılması məqsədilə biznesin gücündən istifadə sahəsində yardım göstərə bilər. Hazırkı hesabat regiondakı ölkələdən xüsusi hazırlanmış 19 nümunəyə əsaslanmaqla həmin boşluğu aradan qaldırmağa cəhd göstərir, eyni zamanda əhali və ətraf mühitə müsbət təsir göstərən mənfəətli müəssisələr haqqında məlumat verir.

Hesabatın məqsədi bazarların yoxsullar üçün işləməsinə əsas maneələrdən biri olan inkluziv biznesin mümkünlüyü və AMA regionunda sınaqdan çıxarılmış uğurlu modellər haqda məlumatsızlığı aradan qaldırmaqla regiondakı daha inkluziv bazarları inkişaf etdirməkdən ibarətdir. Burada müxtəlif ölkə və sektorlardan məlumət və nümunələr təqdim edilir. Bununla yanaşı, onun natamam olması labüddür və gələcəkdə daha ətraflı tədqiqata ehtiyac var. Amma bu istiqamətdə biznes və inkişaf üçün imkanların mövcudluğunu əks etdirən sübutlar kifayət qədərdir.

Biz istərdik ki, 19 nümunə regionda özəl sektorun fəaliyyətini həvəsləndirsin. MİM-lərə çatmağa 5 il qalmışdır. Onlara çatmaq ehtimalının daha da yüksəlməsində özəl sektor inkluziv inkişaf üçün güclü bir hərəkətverici qüvvə kimi çıxış edə bilər. Eyni zamanda, qarşısında belə məqsədlərə çatmaqda uğursuzluğa uğrayan ölkələrdə biznes nə inkişaf edə bilir, nə də uğur qazanır.

Hesabatda qeyd edildiyi kimi, müxtəlif çoxsaylı iştirakçılarla əməkdaşlıq inkluziv müəssisələr üçün əsas uğur amilidir. BMTİP siyasət məsləhətləri, tədqiqat və təşviqat, maliyyələşmə və bacarıqların artırılmasını həyata keçirməklə bu sahədə yardım göstərir.

Lakin bir çox digər təşkilatların yardımına da ehtiyac vardır. Ümid edirik ki, bu hesabat daha inkluziv AMA regionunun yaradılmasında müəssisələr, hökumətlər, vətəndaş cəmiyyəti və inkişaf sahəsində çalışan digər iştirakçılar üçün birgə fəaliyyətin təşviq aləti olacaqdır.

ŞƏKiL: BMTİP

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ - İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır4 BUSINESS SOLUTIONS TO POVERTY: – How inclusive business models create opportunities for all in Emerging Europe and Central Asia4

Biznes dəyər zəncirinə töhfə verəcək yüksək ixtisas göstəricilərinə baxmayaraq bəzən qadınların bazarlara çıxışları məhdudlaşdırılır.

ŞƏKiL: BMTİP

5QiSA XÜLASƏ

Ona görə ən yüksək inkişaf etmiş hesab edilə bilər ki, 1990-cı illərin əvvəlinə qədər Türkiyədən başqa, regionun bütün ölkələri sosialist rejimində yaşamışdır ki, bu zaman bütün əhaliyə zəhmətkeş və istehlakçı kimi iqtisadi imkanlar təmin edilmişdir. Həmin sosialist dövrünün mirası hətta ucqar regionlarda da nisbətən yaxşı inkişaf etmiş infrastrukturun və bütövlükdə yaxşı təhsil almış əhalinin mövcudluğudur ki, bu da biznesin həyata keçirilməsi üçün möhkəm əsas təşkil edir. İnkluziv biznesə münasibətdə ona görə zəif inkişaf etmiş hesab edilə bilər ki, keçid dövründən sonra müəssisələr köhnə, rəqabətə davam gətirməyən üsullardan əl çəkmişlər. Regiondakı bəzi müəssisələr anlamışlar ki, inkluzivlik rəqabətlilik üçün vasitə ola bilər. Bu hesabatda inkluziv biznesin regionda insanlar və müəssisələr üçün imkanları necə yaratması haqda məlumat verilir.

QıSA XüLASƏ

İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya (AMA) inkluziv biznesə münasibətdə ən yüksək və eyni zamanda ən zəif inkişaf etmiş region hesab edilə bilər.1

İNkLUZıV BıZNES MODELLƏRı NƏ DEMƏkDıR?

İnkluziv biznes modelləri aşağı gəlirli əhalini tələb tərəfdən müştəri və istehlakçı qismində təklif tərəfdən isə dəyərin yaradılması zəncirinin müxtəlif mərhələlərində işçi, istehsalçı və sahibkar qismində ehtiva edir. Bu modellər qarşılıqlı fayda üçün müəssisə və az gəliri əhali arasında körpü yaradır. Inkluziv biznes modellərindən əldə olunan ani mənfəət və daha yüksək gəlir hüdudlarını aşır. Bu, müəssisələr üçün yeni müştərilərin qazanılması, işçi qüvvəsinin artırılması, təklif və tədarük zəncirlərinin gücləndirilməsini əhatə edir. Az gəlirli

1) Hesabatın coğrafi miqyasını anlamaq üçün Cədvəl 1-ə baxın.

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ - İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır6

əhali üçün isə həmin modellər əsas ehtiyacların təmin olunması, davamlı gəlirin əldə edilməsi və daha yüksək məhsuldarlığa nail olunmasını əhatə edir. Bundan əlavə, bu modellər təbii resurslardan davamlı istifadə formasında qurula bilər.

Vitmark şirkətinin Ukraynadakı fəaliyyətini nümunə kimi göstərmək olar. Bir neçə il bundan əvvəl, Ukraynada az gəlirli əhali təzə sıxılmış, yüksək keyfiyyətli şirələri qiyməti baha olduğundan nadir hallarda alırdı. Vitmark Ukraynanın üç şəhərində şirə istehsal edən zavod açmış və əhalinin demək olar ki, bütün təbəqələrinin ala biləcəyi şirələrin istehsalına başlamışdır. Şirkət yerli sakinləri işə götürərək təlimləndirir və meyvələri yerli fermerlərdən alır. Ödədiyi maaşlar regiondakı orta maaş həddindən

üçdə-bir dəfə yüksəkdir. Əlavə olaraq, fermerlərə məhsullarının keyfiyyətini yüksəltmək məqsədilə vaxtaşırı olaraq təlimlər keçirlər. Eyni zamanda, Vitmark az gəlirli müştərilərə hədəflənmək məqsədilə məhsulun səmərəli qablaşdırılması və uğurlu marketinq siyasəti hesabına şirənin qiymətini aşağı salmışdır. Hətta, imitatorlar az gəlirli bazara daxil olduqdan sonra Ukraynanın şirə bazarının aşağı qiymətli seqmentində satışın 30 faizi Vitmarkın payına düşür və 2008-ci ildə təqribən 800 milyon qrivna (78,5 milyon avro) gəlir əldə etmişdir. Onun bazardakı payı 1999-cu ildəki 7 faizdən 2008-ci ildə 22 faizədək artmışdır.

İnkluziv biznes modelləri yalnız müəssisələr üçün imkan yaratmır, onlar az gəlirli əhalinin

AMA – diqqət mərkəzində olan regionCədvəl 1

Bu hesabatda AMA anlayışı İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyaya aiddir. Bu region 19 ölkəni əhatə edir və aşağıda göstərilən sub-regionlara bölünür:

• Qafqaz: Azərbaycan, Ermənistan və Gürcüstan

• Mərkəzi Asiya: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan

• Türkiyə

• Qərbi Balkanlar: Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Çernoqoriya və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya (KYRM)

• Qərbi Müstəqil Dövlətlər Birliyi (MDB) və Rusiya: Belarus, Ukrayna, Moldova və Rusiya Federasiyası

Avropa İttifaqının (Aİ) üzv dövlətləri bu hesabata daxil edilməmişdir.

Türkiyədən başqa, bu regiondakı bütün ölkələr 1940-cı illərin ortalarından və 1950-ci illərin əvvəllərindən başlayaraq ümumi sosialist rejim tarixini bölüşmüşlər və 1989-cu ildə Dəmir Pərdə aradan götürüldükdən sonra bazar iqtisadiyyatına keçmişlər. 1991-ci ildə Sovet İttifaqı parçalanmış, 1992-ci ildə isə Yuqoslaviya Federativ Sosialist Respublikası dağılmışdır. Nəticədə, regionda yeni ölkələr meydana gəlmişdir. Əslində bu hesabatda qeyd edilən yalnız iki ölkənin – Türkiyə və Albaniyanın sərhədləri 20 il əvvəl olduğu kimi qalmışdır. İnkluziv biznes üçün bu hesabatda işıqlandırılan xüsusi imkan və çətinliklər regionun keçmiş sosialist ölkələrinin özünəməxsus tarixi, ondan irəli gələn sosial, iqtisadi və siyasi xarakteristikalar, həmçinin Qərbi Balkanlar, Azərbaycan və Mərkəzi Asiyanın Türkiyə ilə sıx əlaqələrindən yaranmışdır.

Belarus Rusiya Federasiyası

Ukrayna Qazaxıstan

Qırğızıstan

Tacikistan

Türkmənistan

Әзербайжан

Gürcüstan

Ermənistan Özbəkistan

Moldova

Albaniya Keçmiş Yuqoslaviya Respublikası Makedoniya (KYRM)

Çernoqoriya

XorvatiyaSerbiya

Türkiyə

Bosniya və Herseqovina

7QiSA XÜLASƏ

perspektivlərinin yaxşılaşdırılması ilə məşğul olan təşkilatlar üçün də dəyərlidir. Onlar maliyyə cəhətdən davamlıdır, seçim imkanları yaradır və həmin insanlara biznesdə dəyərin yaradılması zəncirində sahibkar, işçi və yaxud istehlakçı kimi iştirak etmək səlahiyyəti verə bilər. İsveçin Beynəlxalq Əməkdaşlıq Assosiasiyası olan, Qırğızıstana icmalara əsaslanan turizm təklif etmişdir. Bu tip turizm yerli icma tərəfindən idarə olunur. Hazırda 19 kənddə icma əsaslı turizm qrupları fəaliyyət göstərir və onlara bilavasitə 350 ailə cəlb olunmuşdur.

BU HESABATA NƏYƏ göRƏ DıQQƏT YETıRMƏk LAZıMDıR?

Bu hesabat AMA regionunda inkluziv biznes modellərindən bəhs edən ilk sənəddir.. Hesabat regionda müxtəlif sahələrdən olan qərar qəbul edən şəxslər üçün tərtib olunmuşdur: şirkət nümayəndələri, qərar qəbul edən şəxslər, inkişaf agentlikləri və vətəndaş cəmiyyəti təşkilatları. Adı çəkilən institutlar üçün bu hesabatda aşağıda göstərilən məlumat təqdim edilir:

• Həvəsləndirici məqam və modellər kimi istifadə edilə biləcək inkluziv biznes modellərinin re-giondan olan konkret nümunələri. Bu hesabatı empirik cəhətdən əsaslandırmaq üçün hər ölkədən bir nümunə olmaqla, ümumilikdə on doqquz nümunə tədqiq olunmuşdur;

• Bu biznes modellərinin ticarət, az gəlirli əhali və ətraf mühit üçün yaratdığı üstünlüklərə dair empirik sübutlar;

• İnkluziv biznes modellərin yaradılmasında, hökumət, inkişaf agentlikləri, vətəndaş

0

5

2.5

7.5

1025.952 27.857

Yoxsulluq (gündə 2,15 ABD/AQP) mln. nəfər (2005-ci il)

Həssaslıq (gündə 4,3 ABD/AQP) mln. nəfər (2005-ci il)

Albaniya

Ermən

istan

Azərba

ycan

Belaru

s

Bosniya

Herseq

ovina

Xorva

tiya

KYRM

Gürcüsta

n

Qazax

ıstan

Qırğızıs

tan

Moldova

Rusiya F

edera

siyas

ı

Tacik

istan

Türki

Ukrayn

a

Türkm

ənist

an*

Regiondakı ölkələrdə yoxsulluqŞəkil 1

* Qiymətləndirilən AQP əsasında

Mənbə: Dünya Bankı Povcalnet http://iresearch.worldbank.org/PovcalNet/povcalSvy.html

ŞƏKiL: ViTMARK ŞƏKiL: ViTMARK ŞƏKiL: ViTMARK

Vitmark: Gəliri aşağı olan insanların istehsalçı, işçi və alıcılar kimi üç qat cəlb olunması.

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ - İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır8

cəmiyyəti təşkilatları (VCT) və digərlərindən dəstəyin əldə edilməsində yardımçı ola bilən praktiki strukturlar.

Yuxarıda qeyd edilənləri nəzə alaraq, hesabatda AMA regionunda müəsisələri və digər maraqlı tərəfləri az gəlirli əhalini dəyərin yaradılması zəncirinə cəlb etməyə və buna nə şəkildə nail olunması barəsində istiqamət verməyə həvəsləndirmək məqsədi güdülür. Hesabat, həmçinin, regionda inkluziv bazarların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə yerli və daha yüksək səviyyədə maraqlı tərəflər arasında dialoqa məkan yaratmağa da kömək etməlidir.

BU HESABATıN çATDıRMAQ ıSTƏDıYı fıkıR

Bu hesabat nümayiş etdirir ki, inkluziv biznes modelləri biznes və az gəlirli insanlar üçün imkanlar yarada bilər. Burada həmçinin izah olunur ki, inkluziv biznes « adi biznes» deyildir. Çünki bazar məhdudiyyətləri geniş surətdə yayılmışdır, yenilikçi yanaşmalara ehtiyac duyulur və dəstək verən təşkilatlar prinsipləri təkmilləşdirə və tərəfdaş

kimi çıxış edə bilər. Təkcə müəssisələr deyil, bütün iştirakçılar ki, öz iştirakı ilə bu imkanları reallaşdırmağa çağrılır.

Az gəlirli əhalini istehlakçı, işçi, istehsalçı və sahibkar kimi cəlb etmək imkanları mövcuddur.

Az gəlirli insanlar biznes modellərində iştirakdan gəlirlərini artırmaq, əsas ehtiyaclarını təmin etmək və məhsuldarlığı yüksəltməklə faydalanırlar. AMA regionunda 130 milyon nəfərin gündəlik gəliri 4,3 ABŞ dollarından aşağıdır; 45 milyon nəfər gündə 2,15 ABŞ dolları ilə yaşayır (Cədvəl 2); 11 milyon nəfər işsizdir, 140 milyon nəfər isə qeyri-formal iqtisadiyyatda məşğuldur. Təqribən 19 milyon nəfər təmiz sudan istifadə edə bilmir, 40 milyon nəfərin isə müasir sanitariya-texniki avadanlıqlara çıxışı yoxdur. Səhiyyə xidmətləri, adətən, bahalı və aşağı keyfiyyətlidir. Bu ehtiyacları biznes yanaşmaları vasitəsilə təmin etmək mümkündür. Buna oxşar olaraq, mal və xidmətlərə çıxış məhsuldarlığı artıra bilər. Bundan başqa, regionda 5 milyon nəfərin elektrik enerjisindən, 150 milyon nəfərin isə maliyyə

Qaz

axst

an

Qırğ

ızsta

n

Tacik

istan

Türk

mən

istan

Ğzb

əkist

an

Erm

ənist

an

Azə

rbay

can

Gür

cüst

an

Bela

rus

Mol

dova

Rusiy

a Fe

dera

siyas

ı

Ukr

ayna

Türk

iyə

Alb

anya

Bosn

ya

Xorv

atiy

a

KYM

R

Qar

adağ

Serb

ya

su

sanitariya nəzarəti

səhiyyə

İKT

maliyyə

energetika

Çox böyük bazar Böyük bazar Əhəmiyyət kəsb edən bazar Orta səviyyəli bazar

Kiçik bazar və ya olmayan bazar Məlumat mövcud deyil

Sahə və ölkə üzrə bazar imkanları2Şəkil 1

Mənbələr: Dünyanın İnkişaf Güstəriciləri; UNiCEF; Dünya Bankı: Hamı üçün maliyyə; Beynəlxalq Telekomunikasiya Birliyi: İnformasiya Cəmiyyətin Ölçülməsi; Dünya Mənbə İnstitutu: Yer kürəsinin tendensiyaları

2) Bu xəritəni yaratmaq üçün istifadə olunmuş tədbirlərin sektorlar üzrə ətraflı izahını tam hesabatdan əldə edə bilərsiniz.

9QiSA XÜLASƏ ŞƏKiL: BMTİP

Kiçik istehsalçı və sahibkarlar inkluziv biznes

modellerənin həm tələb, həm də təklif zəncirini

gücləndirə bilər.

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ - İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır10

xidmətlərinə istifadə etmək imkanı yoxdur. İnternetə çıxış da təkmilləşdirilə bilər.

İNkLUZİV BİZNES MODELLƏRİ öZ RƏQABƏTLİLİYİNİ ARTıRA BİLƏR

Az gəlirli əhalini əhatə edən müəssisələr yeni müştəriləri qazanmaqdan, işçi qüvvəsinin artırılmasından və təklif-tədarük zəncirinin möhkəmlənməsindən faydalana bilər. Yuxarıda və Şəkil 1-də göstərilən məhdud çıxış imkanları, həmçinin aşağı qiymət/fəaliyyət səviyyələri müəssisələr üçün həmin çatışmazlıqları aradan qaldıra bilən yeni bazar kimi çıxış edə bilər. Buna

oxşar olaraq, əksəriyyəti ən azı orta təhsilli olan işsiz və qeyri-formal məşğul şəxslərin geniş təbəqələri səmərəli şərtlərlə işə götürülə bilər. Regionda 8,5 milyon mikro və kiçik müəssisə (qeyri-rəsmi işləyənləri daxil etsək sayı daha çox olacaq) və təkcə Mərkəzi Asiyada yerləşən 1,3 milyon kiçik ölçülü ferma təklif və tədarük xidmətlərini təklif edə bilər.

gENİŞ YAYıLMıŞ BAZAR MƏHDUDİYYƏTLƏRİ YENİLİkçİ YANAŞMALAR TƏLƏB EDİR

Bazar infrastrukturunun olmaması tez-tez gəliri aşağı olan əhali ilə biznes qurulmasının əməliyyat

Bazar haqqındaməlumat

Məhsul və proseslərin adaptasiyası

Bazar məhdudiyyətlərininaradan qaldırılmasına sərmayə qoyuluşu

Sertifikat-laşmaya sərmayə qoyuluşu

İnfrastrukturunyaradılması

Müştərilərin öyrədilməsi və treninqi

Öz kredit siyasətinin irəli sürülməsi

Qabaqcadan sərmayə qoyuluşu

Kasıbların gücündən istifadə edilməsi

Hökumətorqanları ilə siyasət dialoquna cəlb olunma

Fərdi və ya kollektiv şəkildə cəlb olunma

Dövlət sərmayə qoyuluşunun əldə olunması

Vasitə və imkanların kombinasiyası

Bilikli tərəfdaşlarla işləmə

Nümayəndəli-klərin dəstəklənməsi

İmkanların inkişafı üçün başqalarla tərəfdaşlıq

Tənzimləməmühiti

Fizikiinfrastruktur

Bilik vəsəviyyə

Maliyyəxidmətlərə çıxış

Genişlənən İnkluziv Bazarlar (GİB) Strategiyası matrisi, AMA ölkələri üçün regional xüsusiyyətlərlə Şəkil 3

11QiSA XÜLASƏ

xərclərini artırır. BMTİP-nin Artan Inkluziv Bazarlar Təşəbbüsü çərçivəsində hazırlanmış “Hamı üçün dəyərin yaradılması: yoxsullarla biznes qurulması üzrə strategiyalar” adlı qlobal hesabata əsasən, burada beş əsas problem qeyd olunur: bazar haqqında məhdud məlumat, qeyri-effektiv tənzimləmə mühiti, uyğun olmayan fiziki infrastruktur, bilik və bacarıqların olmaması və maliyyə xidmətlərinə məhdudlaşdırılmış çıxış. Bunların arasında bilik və bacarıqların olmaması tədqiq edilmiş nümunələrdə ən çox yayılmış problemdir. Problemlərin aradan qaldırılmasına, resurs və imkanların birləşdirilməsinə sərmayə qoyuluşu istifadə edilən əsas strategiyalar olmuşdur.

DıgƏR ıNSANLARA DƏSTƏk OLMAQ UğURUN AYRıLMAZ HıSSƏSıDıR

Həmin modellərin uğuru üçün dəstək verən təşkilatların rolu çox vacibdir. Onlar qərar qəbul etmə, tədqiqat və təşviqat vasitəsilə zəruri əsasları formalaşdırırlar. Həmin təşkilatlar həmçinin maliyyə və əlavə imkanları təmin edən tərəfdaş kimi də çıxış edirlər (Cədvəl 1).

Hər kəs biznesin daha ikluziv edilməsinə töhfə verə bilər

Müəssisələr, həmçinin hökumət orqanları, inkişaf agentlikləri, vətəndaş cəmiyyəti təşkilatları və digərləri inkluziv biznes modellərini reallığa çevirmək üçün tədbir görə bilərlər. Hesabatda rast gəlinən bəzi nümunələr aşağıda şərh edilir:

Müəssisələr:• Az gəlirli əhalini dəyərin yaradılması zəncirinin

bütün mərhələlərinə cəlb etmək imkanlarını müəyyən edə bilər. Vitmark Ukraynada kiçik istehsalçılardan xammalı alır, kənd rayonlarında işçiləri işə götürür və az xərclə başa gələn yüksək keyfiyyətli şirələrini az gəlirli istehlakçılara satır;

• Təcrid olunmuş əhaliyə yenidən baxa bilər. KYR Makedoniyada Tinex yetim uşaqlara iş təklif edir. Proqram elə yaxşı işləyir ki, daha çox təcrid olunmuş qrupları cəlb etməyi qarşısına məqsəd qoyur;

• Təşviqata qulaq asa bilər. Burada təsvir edilən biznes modellərdən bəziləri müəssisəyə konkret təkliflərlə müraciət edən dövlət və ya ictimai təşkilatların təşəbbüsü ilə təsis edilmişdir. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Taciki-standa Tojiksodirotbonkı (TSB) əvvəllər banklar tərəfindən xidmət göstərilməyən pambıq fermerləri bazarına istiqamətləndirmişdir.

Rolu FəaliyyətiQərar qəbul etmə • Hökumət orqanları müəssisələrə az gəlirli əhalini cəlb etmək imkanı verən və onları həvəsləndirən hüquqi mühiti formalaşdırır.

• Assosiasiyalar, inkişaf agentlikləri və banklar hökumət orqanlarına dəstək verirlər.

Tədqiqat və təşviqat

• Tədqiqat institutları, elmi-tədqiqat mərkəzləri və mütəxəssis təşkilatları səmərəli inkluziv biznes modellərin yaradılmasını istiqamətləndirən empirik məlumat, analitik biliklər və praktiki nou-hau yaradırlar.

• Təşviqat həmin modellərin uğurla başlanması və həyata keçirilməsi baxımından tələb olunan geniş əhatəli məlumatlılıq və dəstək yaradır.

Maliyyələşmə • Qrant və başlanğıc maliyyələşmə inkluziv biznes modellərin ilk mərhələlərini maliyyələşdirir. • Subsidiya və digər şərik vəsaitə əsaslanan modellər cəlb edilmənin biznes tərkibi hissəsini artırır.

Əlavə imkanlar • İnkluziv biznes modelləri çox zaman müəssisənin özündə olmayan və yaradılması üçün vaxt və investisiya lazım olan hədəf qrupu arasında etimad və kommunikasiya, yaxud bu qrupu effektiv şəkildə təlimləndirmək və məlumatlandırmaq bacarığı kimi imkanlar tələb edir.

• Hədəf qrupu ilə iş sahəsində uzunmüddətli təcrübəsi olan təşkilatlar çox vaxt bu və digər tapşırıqları yerinə yetirmək üçün seçilirlər.

Cədvəl 1: Dəstək verən təşkilatların fəaliyyəti

Özbəkistanda kiçik sahibkar. AMA regionu özündə

8.5 milyon qeydiyyata alınmış mikro, kiçik və orta

sahibkarları cəmləşdirir.

ŞƏKiL: BMTİP

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ - İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır12

Yeni bazarların yaradılması çox mürrəkkəb bir işdir. Bunun üçün çatışmayan hissələri birləşdirmək lazımdır. Heç bir hissə bir-birinə bənzəmir və onların hər birinin xüsusi çəkisi vardır.

ŞƏKiL: BMT KİF

13QiSA XÜLASƏ

Hökumət orqanları:• İnkluziv biznes üçün həvəsləndirmə tədbirlərini

yerinə yetirə bilər. Türkiyə hökuməti kənd rayonlarında iş yerləri yaradan şirkətlərə vergi tətilləri təşkil edir. Hey Textiles şirkəti bu subsidiyanı Türkiyənin kənd rayonunda bir zavodun tikintisinə sərmayə qoyuluşunun başlanğıc nöqtəsi kimi istifadə etmişdir;

• Əlverişli mühiti inkişaf etdirə bilər. İnkluziv biznes modellərinə, adətən, qeyri-adekvat bazar şəraiti mane olur. Həmin problemlərin aradan qaldırılması müəssisələrin öz üzərinə məsuliyyət götürməsini daha da həvəsləndirər. Moldovada Kənd Maliyyə Kooperasiyası (RFC) mikrokredit verməyə başlayanda həmin fəaliyyət növü üçün müvafiq qanuni çərçivə mövcud deyildi. Hökumət onu mikromaliyyə sahəsinin iştirakçıları ilə birgə işləyib hazırlamışdır;

• İnkluziv biznes modellərini həvəsləndirə bilər. KYR Makedoniyada Əmək və Sosial Siyasət Nazirliyi Skopye şəhərindəki Valideyn Himayəsindən Məhrum olmuş Uşaqlar üçün Dövlət Müəssisəsi ilə birlikdə valideyn himayəsindən məhrum uşaqların (18 və yuxarı yaşda) Tinex supermarket şəbəkəsinə işə götürülməsi imkanını təqdim etmişdir.

İnkişaf agentlikləri:• İcma əsaslı inkluziv biznes modelləri yara-

da bilər. İsveç inkişaf agentliyi Helvetas Qırğızıstanın kənd rayonlarında icma əsaslı turizmi başlamışdır;

• İnkluziv biznes modellərini həyata keçirmək üçün tərəfdaşlığa vasitəçilik edə bilər. Belarusda BMT-ın Qlobal Kompakt Katibliyi MTS şirkəti ilə kənd xəstəxanalarına teletəbabət (distant müalicə) xidməti göstərilməsi haqqında razılığa gəlmişdir. Bu, həmçinin, teletəbabət layihəsinin müxtəlif tərəfdaşlarını – MTS və Səhiyyə Nazirli-yini bir araya gətirmişdir;

• Maliyyə vəsaitini təmin edə bilər. İlkin maliyyələşmə, birgə maliyyələşmə və güzəştli kreditlər innovativ inkluziv biznes modellərin həvəsləndirilməsi üçün mühüm vasitəsidir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) Albaniyada Edipack şirkətinin səhmlərinə onun fəaliyyətinin genişləndirilməsi üçün 2 milyon Avro məbləğində sərmayə qoymuşdur. O, həmçinin, səmərəlilik və gəlirliliyin necə artırılmasına dair texniki yardım da göstərmişdir.

Vətəndaş cəmiyyəti təşkilatları:• İnkluziv biznes modellərinə texniki yardım

göstərə bilər. Moldovada Kənd İnkişaf Mərkəzi

(RDC) əmanətlər və kredit assosiasiyalarını yaratmağa kömək etmiş, öz üzvlərinə marketinq və əlavə xidmətlər, ticarət informasiyası və təlim ilə təmin etmişdir;

• Təşviq edə və məlumatlılığı artıra bilər. Edipack Albaniyada həssas qruplardan makulaturanın potensial təchizatçılarına çıxış əldə etmək üçün yerli qeyri-hökumət təşkilatları (QHT) ilə birgə işləyir;

• Benefisiarların maraqlarını təmsil edə bilər. Rusiya Federasiyasında Mikromaliyyə Bazarı İştirakçılarının Milli Tərəfdaşlığı (NAMMS) mikromaliyy üzrə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində lobbiçilik edir.

BU HESABAT NECƏ ıŞLƏNıB HAZıRLANMıŞDıR?

Genişlənən İnkluziv Bazarlar (GİB) Təşəbbüsü BMTİP-nin həyata keçirdiyi, məqsədi tədqiqat, təşviqat, təcrübə mübadiləsi və bacarıqların artırılması vasitəsilə inkluziv biznes modellərinin və inkluziv bazarların yaradılmasına dəstək vermək olan çoxsaylı iştirakçıya malik qlobal platformadır. Bu təşəbbüs təcrübəyə əsaslanan, Cənuba istiqamətlənən və tərəfdaşlığa yönəlmiş yanaşmanı irəli sürür və insanın inkişafı çərçivəsini rəhbər tutur.

2008-ci ildə təşəbbüsün ”Hamı üçün dəyərin yaradılması” adlı ilk hesabatı buraxılmışdır. Məruzə ümumi qaydaya riayət olunmaqla yerli tədqiqatçıların hazırladığı 50 nümunəyə əsaslanır. Təcrübəni analiz edərək, məruzədə uğurlu biznes modelləri yaratmaq məqsədilə yoxsulların bazarlarındakı problemlərin həlli üçün strategiyalar müəyyən edilir.

AMA-da regional GİB təşəbbüsü 2009-cu ildə başlanmışdır. Ona BMTİP-nin Bratislava Regional Mərkəzi rəhbərlik edir və çoxsaylı təşkilatlar, o cümlədən biznes təşkilatları, elmi institutlar, vətəndaş cəmiyyəti təşkilatları və inkişaf agentlikləri tərəfindən dəstəklənir. Onun məqsədi regionda daha inkluziv bazarları təşviq etmək və inkişaf etdirməkdir.

Bu hesabat həmin təşəbbüsün bir hissəsidir. Regiondakı ölkələrin hərəsindən bir – cəmi 19 nümunə hazırlanıb hesabata daxil edilmişdir. GİB metodologiyasına uyğun olaraq, həmin nümunələr müvafiq ölkələrdən olan tədqiqatçılar tərəfindən birgə tədqiqat prossesi çərçivəsində işlənib hazırlanmışdır. Cədvəl 2-də toplanmış 19 nümunə hesabatın empirik əsasını təşkil edir.

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ - İnkluziv biznes modelləri İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyada hamı üçün yeni imkanları nə şəkildə yaradır14

Adı Qısa təsviri Ölkə Əsas təşkilatKənd təsərrüfatı və ərzaq malları

Vitmark Bu istehsalçı az gəlirli əhali üçün meyvə şirəsi bazarına keyfiyyətli, qidalandırıcı, ucuz meyvə şirələri ilə uğurla daxil olmuş (22% bazar payı) və bu isə qablaşdırma və marketinq sahəsində səmərəli addmların nəticəsi olmuşdur. Vitmark Ukraynanın nisbətən geri qalmış regionlarında 2.600 yerli işçini tam ştatlı layiqli işlə təmin edir və 2.500 kiçik yerli meyvə-tərəvəz istehsalçısına gəlir əldə etmə imkanları yaradır.

Ukrayna Yerli iri müəssisə

Begeli 10% illik artıma malik olan üzvi məhsul distribyutoru 400-dən artıq aşağı gəlirli fermerə birbaşa marketinq kanalı təmin edir ki, onlara üzvi standartları qarşılamaq üçün qiymət endirilmələri və bacarıqların artrılması xidmətləri göstərilir.

Gürcüstan Kiçik və orta müəssisə (KOM)

Eco Farm Mavrović Ltd.

Dəyəri 2 milyon ABŞ dollarından çox olan üzvi ərzaq malları istehsalçısı olan layiqli iş şəraiti təmin edən şirkət yerli icma üçün ən iri işəgötürəndir və bu yaxınlarda sosial baxımdan təcrid olunmuş insanlar üçün fermalarda məşğulluğun təşkil edilməsi üzrə sosial reabilitasiya proqramının həyata keçirilməsinə başlamışdır.

Xorvatiya KOM

Marap Avstriyanın Özbəkistandan xammal idxal edən üzvi ərzaq istehsalçısı ekoloji baxımdan deqradasiyaya uğrayan regionlarda kiçik ölçülü istehsalçılar tərəfindən icarəyə verilən torpaqlarda 150.000 təzə və quru meyvə ağacları əkmiş, bununla da 500-dən sox kənd yoxsulunun gəlir əldə etmə imkanlarını artırmışdır.

Özbəkistan KOM

Mədənçıxarma sənayesi

Tengizchevroil Yerli təchizat zəncirini inkişaf etdirmək üçün bu neft şirkəti 174 kiçik yerli təchizatçıya 7 milyon ABŞ dolları məbləğində əlverişli kreditə çıxış əldə etməkdə kömək göstərərək onların biznesini genişləndirməyə şərait yaratmış və bunun üçün onların bank və faiz xərclərini ödəmişdir.

Qazaxıstan Böyük çoxmilli şirkət

Maliyyə xidmətləri

Voronej vilayəti Dövlət Fondu

Bu təşkilat özünün 25 şöbə və filialı vasitəsilə Rusiya Federasiyasının bir əyalətində ucqar rayonlarındakı zəif müəssisələrə müasir texnologiyalar əsasında maliyyə xidmətlərinə çıxışı təmin edir.

Rusiya Federasiyası

Dövlət şirkəti

Kənd Maliyyə Korporasiyası (RFC)

2008-ci ildə illik xalis mənfəəti 1,9 milyon ABŞ dolları təşkil edən, bazar payı 25% oln və öz sahəsi üzrə mənfəətin təqribən 29%-ni əldə edən mikromaliyyə təşkilatı, kənd rayonlarında fermer və sahibkarlara əlverişli şərtlə maliyyə xidmətlərini təqdim edir və bununla kənd rayonlarının inkişafına töhfə verir.

Moldova Yerli iri müəssisə

Tojiksodirotbonk (TSB)

Bu bank hələ toxunulmamış yeni və böyük bazar qrupuna daxil olaraq 2007-2009 illərdə 150 kiçik fermerə 4,2 milyon ABŞ dolları məbləğində kredit verməklə pambıq istehsalatında məşğul olan 8400 nəfərə kömək etmişdir.

Tacikistan Yerli iri müəssisə

İKT

Temerin Telecottages

Bu qeyri-kommersiya təşkilatı ildə 15.000 yoxsul kəndli müştərisinə ucuz kompüter və İnternet xidmətləri göstərir və bununla işsizlərin əmək bazarına, fermerlərin isə resurslara və satış bazarlarına çıxışını asanlaşdırır.

Serbiya Qeyri-kommersiya təşkilatı (QKT)

MobileTeleSystems (MTS)

Telekommunikasiya qrupu teletəbabət sahəsində ehtiyacı olan kənd xəstəxanalarına hədəflənməklə öz müştəri bazasını genişləndirmiş və bununla da insanların həyatını xilas etmiş və səhiyyə işçilərinə müasir texnologiyalar sahəsində təlim keçmişdir.

Belarus Yerli iri müəssisə

Emal

Production & Training Facility (PTF)

Gözdən və Qulaqdan Əlillər Cəmiyyəti tərəfindən təsis olunmuş tekstil sənayesi eşitmə qüsuru olan 167 şəxsi işlə təmin edir və 42.000 ABŞ dolları həcmində rüblük mənfəətini gözdən və qulaqdan əlillərə yardım sahəsində QHT fəaliyyətinin maliyyələşdirilməsinə sərf edir.

Türkmənistan QKT

Cədvəl 2: Hesabatda istifadə edilən nümunələr

15QiSA XÜLASƏ

Adı Qısa təsviri Ölkə Əsas təşkilatEmal

Hey Textile Toxuculuq istehsalçısı, özünün istehsal sahələrini Türkiyənin əməliyyat xərcləri aşağı olan ucqar rayonlarına genişləndirmiş və bununla da 1.000 nəfərdən çox az gəliri əhalini (onlardan 50%-ni qadınlar təşkil edir) işə götürməklə, mənfəətini 10% artırmışdır.

Türkiyə Yerli iri müəssisə

Qədim Quba Xalça istehsalçısı əvvəllər dövlət mülkiyyətində olan müəssisəni almışdır, ənənəvi xalça toxuma texnologiyalarını saxlamaq üçün təbii xammal istifadə edir və 140 qadını işlə təmin edir ki, bu da işçi qüvvəsinin əksəriyyətini təşkil edir.

Azərbaycan KOM

Pərakəndə satış

Tinex Ölkədə 1.000 nəfərdən çox işçisi olan ikinci ən iri supermarketlər şəbəkəsi valideyn himayəsindən məhrum 18 yaşdan yuxarı uşaqlar üçün məşğulluq, şagirdlik, və bacarıqların artırılması imkanlarını yaradır; hazırda valideyn himayəsindən məhrum olmuş 25 yetim uşaq burada işlə təmin edilmişdir.

KYR Makedoniya

Yerli iri müəssisə

Turizm

Tufenkian Bu mehmanxana şəbəkəsi Ermənistanın zəngin mədəni və təbii irsinə əsaslanmaqla ildə 3000 nəfər müştəriyə kənd turizmi xidmətləri göstərir və beləliklə, 174 kəndlini işlə təmin edir, ərzaq məhsullarını yerli icmalardan alır, günəş enerjisindən istifadə etməklə 1.500 ağac əkməklə və tullantı suların miqdarını azaltmaqla ətraf mühitin qorunmasına öz töhfəsini verir.

Ermənistan KOM

İcma əsaslı turizm (CBT)

İcma tərəfindən həyata keçirilən eko-turizm xidmətləri 2008-ci ilədək səkkiz il ərzində turistlərin sayının 400% artımına nail olmuş və kənd yerlərində 412 iş yeri yaratmışdır.

Qırğızıstan KOM

Tullantıların emalı

Čistoća Bu, şəhər tullantı emalı müəssisəsi az gəlirli əhalini yenidən istifadə edilə bilən materialların toplanması və növlərə ayrılması sahəsində işlə təmin edir. 98 işçidən 32 nəfər Rom millətindən olan yoxsullardır. Onlar orta səviyyədən yüksək əmək haqqı alır və sağlamlıq sığortası ilə təmin olunurlar. Yerli tərəfdaşlarla birlikdə həyata keçirdiyi təbliğat kampaniyası nəticəsində şəhərdə bərk tullantıların miqdarı 30% azalmışdır.

Çernoqoriya Dövlət müəssisəsi

industrijski Otpad Bu müəssisə ildə 350-1.000 ton sənaye və məişət tullantılarını təkrar emal edir və həssas əhali qruplarından alır və onları işlə təmin edir.

Bosniya və Herseqovina

KOM

Edipack Yerli KOM və ev təsərrüfatlarından alınan, təkrar emal edilə bilən materiallardan tara istehsal edir və onlrı adambaşına ayda orta hesabla 160 ABŞ dolları gəlirlə təmin edir. Bu, kosmetika istehsalı sahəsində qız şirkətin inkişafına yardımçı olmuş, beləliklə 2008-ci ildə onun satışını 60% artırmış və 2 milyon ABŞ dolları həcmində gəlir gətirmişdir.

Albaniya KOM

gİB TƏCRüBƏ PLATfORMASıHesabatın bütöv mətnini, onda qeyd edilən nümunələr və regionda dəstək verən təşkilatlar barədə məlumatı GİB Təşəbbüsünün qlobal təcrübə platformasından əldə etmək: olar www.growinginclusivemarkets.org.

www.growinginclusivemarkets.org

United Nations Development ProgrammeOne United Nations PlazaNew York, NY 10017, USAwww.undp.org

Sales #: E.08.III.B.20 . ISBN #: 978-92-1-126224-7

Growing Inclusive MarketsBusiness Works for Development •Development Works for Business

www.growinginclusivemarkets.org

United Nations Development ProgrammeUNDP Regional Bureau for Europe and the Commonwealth of Independent Stateshttp://europeandcis.undp.org/

Sales #: E.08.III.B.20 . ISBN #: 978-92-1-126224-7

Growing Inclusive MarketsBusiness Works for Development •Development Works for Business