marketing aİr

19
MARKETING AIR Praktiki marketinq təlimləri

Upload: gunel-muradzade

Post on 09-Jan-2017

408 views

Category:

Marketing


0 download

TRANSCRIPT

Page 1: Marketing AİR

MARKETING AIRPraktiki

marketinq təlimləri

Page 2: Marketing AİR
Page 3: Marketing AİR

AZƏRBAYCANDA İLK PRAKTİKİ MARKETİNQ TƏLİMİ

Page 4: Marketing AİR

PRAKTİKİ MARKETİNQ TƏLİMLƏRİNDƏN QAZANACAQLARINIZ NƏLƏRDİR?

1. Marketinqdə olan qlobal trendlərin Azərbaycan şəratində işləmə prinsipləri və real adaptasiya təcrübələrinin öyrənilməsi;

2. Ölkənin aparıcı şirkətlərində Marketinqin təşkili prinsipləri ilə tanışlıq, marketinq sahəsində işləyən ekspertlərlə əlaqələrin qurulması;

3. Şirkətinizə aid problemlərin real sektor misalları ilə müqayisəli təhlili və həlli konsepsiyasının hazırlanması;

4. Fərdi marketinq biliklərinizin artırılması.5. Böhran dövründə effektiv marketinq

Page 5: Marketing AİR

PROQRAMIN MƏQSƏDİ VƏ PRİNSİPLƏRİ

Bütün məşğələlər bir-biri ilə əlaqəli formadadır və əsas məqsəd dinləyicilərin praktiki marketinq biliklərini artırmaqdır. Bu məqsədə çatmaq üçün proqram 3 ana prinsip üzərində qurulmuşdur:

1. Real misallar, biznes keyslər;2. Beynəlxalq təcrübənin adaptasiyası;3. İnnovativ marketinq.

Page 6: Marketing AİR

KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞDUR?

Proqram Azərbaycan biznes mühitində marketinqlə maraqlanan şəxslər üçün, daha konkret desək:

- yerli şirkətlərdə işləyən menecerlər;- marketinq mütəxəsissləri;- gələcək karyerasını marketinqlə qurmaq istəyən şəxslər üçün

faydalıdır..

Page 7: Marketing AİR

ƏSAS ÜSTÜNLÜKLƏR

1. Azərbaycan biznesindən keyslər. Proqramda bütün məşğələlərdə olan keyslər yerli marketinq nümunələri əsasında təşkil edilir.

3. Fərdi yanaşma. Bütün dinləyicilər proqram boyunca fərdi marketinq mövzusu üzrə təqdimatlar hazırlayıb təqdim edirlər.

4. Ekspertlərlə tanışlıq. Təlimçilər marketinq sahəsində uzun müddət işləmiş ekspertlərdir.

Page 8: Marketing AİR

PROQRAMIN MƏZMUNU

Proqramda 3 əsas istiqamət üzərində tədris təşkil edilir.

1. Strateji marketinq, strateji idarəetmə. Strateji idarəetmə, strateji marketinqə aid yerli və beynəlxalq şirkətlərin təcrübələri, effektiv marketinqin təşkili haqda strateji yanaşma.

2. Brend idarəetmə.Beynəlxaq brendlərin təcrübəsi təhlil edilir, milli brendinqin əsas istiqamətləri tədris edilir.

3. Marketinq kommunikasiyaları. İnnovativ marketinq alətləri təhlil edilir, ənənəvi və yeni media, kommunikasiya-miksi, müştəri davranışları müzakirə əsasında keyslərlə tədris edilir.

Böhran dövründə şirkətlərin marketinq siyasəti və effektiv idarə olunması bütün təlimlərin əsas fokusu olacaq.

Page 9: Marketing AİR

STRATEJİ MARKETİNQ, STRATEJİ İDARƏETMƏ

1 Strateji menecment. “Quş baxışında” biznes. Antiböhran strategiyası.

2 Effektiv marketinq strategiyası. 3 Müasir biznes modellər4 Böhran marketinqi. Kiçilən bazarlarda “sağ qalmaq”

mücadiləsi. 5 Şəxsi marketinq. Biznes karyerası.

Page 10: Marketing AİR

BREND İDARƏETMƏ1 Biznesdən brendə gedən yol

(Brendi necə yaratmaq olar?)2 Brend identifikasiya və strateji brendinq3 Brendinqdə 6-cı hissiyyat4 Pərakəndə sektorunda brendinq5 Sən biznesə hazırsan! (şəxsi biznes qurmaq üçün

tövsiyələr)

Page 11: Marketing AİR

MARKETİNQ KOMMUNİKASİYALARI

1 Böhran dövründə kommunikasiya modelləri - SHARE2 Digital və mobil marketinq 2016 trendi kimi3 İşçi və müştəri məmnuniyyətinin böhran dövründə

önəmi4 Müştəri şikayətləri və müştəri psixologiyası5 Reklamda psixoloji motivasiya qaynaqları

Page 12: Marketing AİR

Təlimçilər

Anar Bayramov

Azərbaycan Dövlət İqtisad Universitetini (XİQ) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir.10 ilə yaxın menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. Hazırda Dəmirbank ASC-nin Marketinq Departamentinin Direktorudur.Anar Bayramov biznes təlimçi və biznes bloqçudur. Eyni zamanda, İqtisad Universitetinin MBA proqramında menecment və marketinq üzrə mühazirələr oxuyur. “Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) kitablarının müəllifidir.Praktiki marketinq təlimləri olan "Marketinq AİR"-in, Azərbaycanda hər il keçirilən Milli Marketinq Forumunun, internet marketinq TV olan FMR TV-nin yaradıcılarından biridir.

Twitter: @abayramovLinkedin: https://www.linkedin.com/in/abayramov

Page 13: Marketing AİR

Təlimçilər İlkin Manafov PhD of Marketing (iqtisad elmləri namizədi). Marketinq sahəsində iqtisad elmləri namizədidir (indiki sistemlə fəlsəfə

elmləri doktoru və ya PhD of Marketing). DAAD (Alman akademik mubadile merkezi) stipendiyası ilə Almaniyada ixtisas artırma kursları keçib, Moskva şəhərində İnnovativ Marketinq ixtisası üzrə MBA bitirib.

Marketinq, Satış və Biznesin idarəedilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifidir. Amerika Marketing Assosasiyasının üzvüdür.

• Satış və marketinq üzrə konsaltinq xidmətləri göstərir, həmçinin German Studio şirkətinin və EVİN mağazalar şəbəkəsinin sahibidir, Embawood, Madeyra və Belissa mebel, bir neçə məişət texnikası brendlərinin bölgə dileridir.

• Ölkənin aparıcı şirkətlərində Marketinq Direktoru, Satış və Ölkə nümayəndəsi kimi 10 ilə yaxın iş təcrübəsi var. Azərbaycan, Rusiya, Ukrayna, Gürcustan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışıb.

• Azərbaycanda İLK praktik Marketinq təlimlərinin (Marketinq AİR) və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçilərindəndir. Həmçinin Azərbaycanda ilk Milli Marketinq Forumunun təşəbbüskarlarından hesab edilir.

• Ana dilimizdə İLK brendinq kitabı olan “360 dərəcədə brendinq” kitabının müəllifidir.

Page 14: Marketing AİR

Təlimçilər

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.Marketinq sahəsində 8 ildən artıq iş təcrübəsinə malikdir. İdeal parfumeriya və kosmetika mağazaları şəbəkəsində 7 ilə yaxın iş təcrübəsi var. Eyni zamanda bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir. Hal-hazırda Gilan Holdinqdə FMCG Strateji Marketinq Direktorudur.Eyni zamanda www.facemark.az onlayn marketinq portalının təsisçisidir.Marketing AIR təlimlərinin və FMR Marketing TV-nin həmtəsisçisidir.Milli Marketinq Forumunun (MMF) təsisçilərindən və təşkilatçılarından biridir.“Bu günün marketinqi” (Bakı-2015) kitabının müəllifidir.

Rafiq Hunaltay

Page 15: Marketing AİR

Marketing AIR təlimləri

• Artıq 8-ci dəfə keçirilən Marketinq AİR təlimləri 300 nəfərdən çox məzunu olmuşdur;

• Təlimlər həftədə 3 dəfə olmaqla saat 19:00-da başlayıb 21:00-da bitir;

• Təlimdə ölkənin aparıcı şirkətlərinin əməkdaşları iştirak etmişdir;

• İştirakçılara ev tapşırığı verilərək real praktikanı yaşamaq şansı yaradılır.

Page 16: Marketing AİR

İŞTİRAK EDƏN ŞİRKƏTLƏRİN BİR QİSMİ

Page 17: Marketing AİR

Təlimin vaxtı və qiyməti

Növbəti Marketinq AİR Təlimlərinə mart ayının birindən start verilir (01.03.2016). Təlim 3 moduldan ibarətdir. Bir nəfər iştirakçı üçün qiymət 150 manatdır. Təlim sonunda iştirakçılara sertifikat verilir.

MODUL PROQRAM ADI MƏŞĞƏLƏ SAYI

MÜDDƏTİ QİYMƏT

1-ci modul Strateji marketinq,

strateji idarəetmə

5 məşğələ 10 saat

150 manat2-ci modul Brend idarəetmə 5 məşğələ 10 saat

3-cü modul Marketinq kommunikasiyas

ı

5 məşğələ 10 saat

Xüsusi qonaqlar

Ölkənin Top Menecerləri

5 görüş 10 saat

Page 18: Marketing AİR

QEYDİYYAT

Qeydiyyat onlayn formada http://facemark.org/marketingair/internet saytda aparılır. Qeydiyyat 25 fevrala qədər davamedir. Ətraflı məlumat üçün: [email protected] e-mailünvanına yaza və ya 055 927 06 88 nömrəsinə zəng edəbilərsiniz.

Page 19: Marketing AİR

SİZLƏRİ TƏLİMLƏRİMİZDƏ

GÖZLƏYİRİK!

Təşəkkürlər !!!